Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

27 may 2025-ci ildə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib.

İclası Kollecin direktoru Faiq Şahbazlı açdı və Şura üzvlərini Pedaqoji Şuranın gündəliyində olan məsələlərlə tanış etdi. Kollecdə keçirilən mədəni- kütləvi tədbirlər barədə Tərbiyə…

27.05.2025

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Humanitar elmlər” kafedrasının müəllimi Aynur Bədəlova M-103 qrupunda 28 May-Müstəqillik gününə həsr edilmiş nümunəvi dərs təşkil etmişdir.

27.05.2025

Dekorativ-tətbiqi sənət (Zərgərlik) ixtisasında " Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanma texnikası” fənninin tədrisi

Müəllim: Leyla İbrahimova

27.05.2025

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində bilik yarışı keçirilib. “Səbat” və “Səda” komandaları arasında keçirilən yarışda 5 kateqoriya üzrə 25 sual verilib.

Yarışın sonunda qalib gələn “Səbat” komandası hədiyyələrlə mükafatlandırılıb. 

26.05.2025

“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması”

23  may 2025-ci il tarixdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı  və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)…

26.05.2025

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin TT-204 qrupunun tələbəsi Murad Şeydayev “ASED fighting championship” Liqasının təşkil etdiyi MMA üzrə həvəskar turnirində 17-18 yaş 84 kq çəki üzrə I yerə layiq görülmüşdür.

Tələbəmizi təbrik edir, uğurlarının bol olmasını arzulayırıq!

23.05.2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Adlı təqaüd” təqdim olunub.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin 2 tələbəsi də bu təqaüdə layiq görülüb. Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

22.05.2025

Sənaye və Texnologiya Kollecinin Kİ 104 - cü qrup tələbələri kollecin tarix müəllimi Şölə Əfəndiyevanın təşəbbüsü və təşkilatçılığı ilə Səməd Vurğunun ev-muzeyinə, Azərbaycan Tarixi muzeyinə, Hüseyn Cavidin ev-muzeyinə ekskursiya ediblər.

22.05.2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbirlər çərçivəsində keçirilən voleybol və şahmat yarışlarının təşkilatçısı, kollecin Fiziki hazırlıq rəhbəri Samir İbaşov və qaliblər Təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılmışdırlar.

20.05.2025

19 may 2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “ Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının” icrası ilə əlaqədar tədbir keçirilmişdir.

 Kollecin direktoru Faiq Şahbazlı tədbir iştirakçılarını Azərbaycan Respublikası Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin 3-29-68/2-990/2025 nömrəli məktubunun məzmunu ilə tanış…

20.05.2025

14 və 15 may 2025-ci il tarixlərində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Code Academy tərəfindən “Kibertəhlükəsizlik” mövzusunda seminar keçirilmişdir.

Seminarda “Kompüter sistemlərində proqram təminatı”, “Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi”, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisaslarının…

17.05.2025

2025/2026-cı tədris ili üçün qəbul elan edildi.

14.05.2025