14 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvanə Məmmədovanın təşəbbüsü və rəhbərliyi ilə klub üzvləri olan tələbələr üçün İçərişəhərə maarifləndirici ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmalarını təmin etmək, milli-mənəvi dəyərlərə bağlılıqlarını gücləndirmək, tarixi abidələr haqqında biliklərini artırmaq və dünyagörüşlərini genişləndirmək olmuşdur.
Səfər çərçivəsində tələbələr İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə tanış olmuşlar. Tarixi məkanlara təşkil edilən ziyarət zamanı tələbələr Azərbaycanın qədim dövlətçilik tarixi, memarlıq ənənələri, milli-mədəni irsi və bu abidələrin xalqımızın tarixindəki əhəmiyyəti haqqında məlumat əldə etmişlər.
Ekskursiya tələbələrin tariximizə və mədəni irsimizə marağının artırılması, nəzəri biliklərinin real tarixi məkanlarda möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır.Könüllülük və Sosial İnkişaf Klubunun təşkilatçılığı ilə həyata keçirilən bu ekskursiya tələbələrin həm maariflənməsi, həm də Azərbaycanın tarixi-mədəni irsini daha yaxından tanımaları baxımından əlamətdar olmuşdur.
https://youtube.com/shorts/xULUCz0OjeA?feature=share



