23.02.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində direktoryanı müşavirə keçirildi. İclasda tədris işləri üzrə direktor müavini, tədris hissə müdiri, qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri, fənn birləşmə komissiyasının sədrləri və digər şəxslər iştirak etdilər. Kollecin direktoru, professor Nasim Abışov çıxış edərək qarşıdan gələn yaz imtahanları və bütün işçilərə (fəhlələr istisna olmaqla) kompüter biliklərinin verilməsi üçün təlimlərin təşkili, sonda biliyin qiymətləndirilməsi ilə əlaqədar əsas vəzifə və tapşırıqları iştirakçıların diqqətinə çatdırdı. İclas zamanı fənn birləşmə komissiyası sədrlərinin təklifləri dinlənildi, mövcud problemlər müzakirə olundu və onların həlli istiqamətində konkret fikirlər qəbul edildi. Sonda direktor qarşıya qoyulan vəzifələrin vaxtında və məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini bir daha qeyd etdi.

