İclasın əsas diqqət mərkəzində təcrübə prosesinin keyfiyyətinin yüksəldilməsi və nizam-intizam qaydalarına nəzarətin gücləndirilməsi məsələləri dayanıb. Görüş zamanı aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib:
Davamiyyətin uçotu: Təcrübəyə cəlb olunan tələbələrin davamiyyətinin mütəmadi yoxlanılması;
Sənədləşmə: Davamiyyət jurnallarının təlimata uyğun təşkili və qeydiyyatının aparılması;
Monitorinq: Təcrübə müddətində müəssisələrdə tələbələrin iştirakına yerində nəzarət olunması;
Kommunikasiya: Tələbələrlə mütəmadi əlaqə saxlanılaraq prosesin gedişatının izlənilməsi.
İclasın sonunda təcrübə prosesinin mövcud əsasnaməyə uyğun, şəffaf və effektiv şəkildə idarə olunması üçün cavabdeh şəxslərə konkret göstərişlər verilib.






