
25 fevral 2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində “26 fevral-Xocalı Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dəvət olunmuş qonaqlar, müəllim kollektivi və tələbələr iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarabağ İtkin Ailələri İctimai Birliyinin sədr müavini, Xocalı özünümüdafiə batolyonunun könüllü döyüşçüsü, itkin şəhidAzad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, Xocalı Soyqırımı Tanıtmaİctimai Birliyinin Qadınlar Şurasının sədri, Xocalı rayonunun ən yaşlı şəhidi, 82 yaşlı şəhidimiz Allahverdi Hüseynovun nəvəsi Ayna Allahyar qızı və Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov Xocalı faciəsi ilə əlaqədar ürək sözlərini bildirdilər. Tədbirdə Xocali faciəsini əks etdirən slaydlar və videoçarxlar nümayiş etdirildi, kollecin tələbələri tərəfindən Xocalıya həsr olunmuş bayatı, şeir, ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda kollecin direktoru, professor Nasim Abışov çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirdi və onun heç vaxt unudulmayacağını söylədi. Sonra ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu məsələnin dünyanın siyasi arenasına çıxarılmasında böyük xidmətlərindən danışdı. Həm də Xocalı faciəsini dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd etdi. Eyni zamanda tədbirin təşkilatçılarına və dəvət olunmuş qonaqlara təşəkkürünü bildirdi.















