Yeni nəşirlər
Введение
Каждый человек, так или иначе использующий компьютер в повседневной жизни, сталкивается с таким понятием, как «прикладное ПО». Некоторые пользователи наивно относят к этой категории абсолютно все программы, установленные на компьютере. Это явное заблуждение, поскольку в состав прикладного программного обеспечения входят только строго определенные приложения, соответствующие некоторым основным признакам.
Современный софт принято разделять на несколько типов, одним из которых и является ПО этой категории. Как отличить прикладные программы от приложений другого типа? Очень просто.
В большинстве своем задачи прикладного программного обеспечения строго определены некими рамками. Иными словами, весь софт условно ориентирован на выполнение только какой-то одной или нескольких похожих задач. Вот только нужно делать разницу между прикладным ПО и прикладными программами. Прикладное ПО – это группа, объединяющая абсолютно все приложения (либо в общем смысле, либо в какой-то одной выбранной области), в то время как прикладные программы – это определенные приложения, ориентированные на то или иное направление в использовании или созданные для выполнения какого-то одного или нескольких действий для достижения поставленной цели.
Можно рассмотреть самую простую ситуацию. Возьмем пакет Microsoft Office. Это – прикладное программное обеспечение (примеры можно приводить и на других аналогичных подборках, но «Office» знают все, поэтому это выглядит более удобным). Все же приложения, входящие в состав «Office» (Word, Excel, Power Point, Access и т. д.), являются уже прикладными программами.
Попытаемся дать краткую характеристику прикладного программного обеспечения.
ÖN SÖZ
Respublikamızın bir çox sahələrində olduğu kimi, təhsil sistemində də islahatlar həyata keçirilir. İslahatların başlıca məqsədi təhsilin keyfiyyətini yüksəltməkdən, onun inkişaf etmiş dünya təhsil sisteminə inteqrasiyasını təmin etməkdən, əsaslı nəzəri-praktik hazırlığa yönəltməni təmin etməkdən, müstəqil yaradıcılıq qabiliyyətinə malik olan və yaradıcı təfəkkürə yiyələnən bacarıqlı və səriştəli mütəxəssislər yetişdirməkdən ibarətdir.
Elm və texnikanın sürətli inkişafı insanlarda təbiətə münasibəti dəyişməyi tələb edir. Məhz buna görə də şagirdlərin, tələbələrin, gənc mütəxəssislərin təbiətə münasibətini formalaşdırmaq, onların ekologiyaya aid biliklərini artırmaq təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin emək bir o qədər əhəmiyyətlidir. Dünya əhalisinin sayının artımı, Yer sərvətlərinin istifadəsinin dayanmadan artması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində, yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin genişlənməsi və digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen təsirin artmasına səbəb olmuşdur. Bu səbəbdən ətraf mühitin qorunması və ekoloji təhsil gücləndirilməlidir.
Dərs vəsaitinin əsas məqsədi tələbələri bu elmin əsas nəticələri ilə tanış etmək, onlarda təbiətə düzgün münasibət formalaşdırmaq və ekoloji bilikləri biosferlə cəmiyyətin əlaqələri baxımından tətbiq etməyi, qorumağı öyrətməkdir.
Dərs vəsaitində ətraf mühit və onun mühafizəsi, bərpası, monitorinqi eləcə də ekoloji faktorların xarakteristikası, populyasiyalar, biosenozlar və biosferin ətraflı təhlili, ekosistemlər, atmosfer, hidrosfer, litosfer və onların monitorinqi, biosferin dünyada və respublikamızda müasir vəziyyəti, Qarabağda (İşğaldan azad olunmuş ərazilərdə) bərpa işləri, Azərbaycanda meşələrin qorunması, bərpası və monitorinqi, xüsusi mühafizə olunan ərazilər, qoruqlar və onların monitorinqi, konvensiyalar, sazişlər, milli monitorinq və digər məsələlər haqqında ətraflı məlumat verilir.
Dərs vəsaiti ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
GİRİŞ
Təbiətin, cəmiyyətin üzdə görünən və görünməyən sirlərinin öyrənilməsinin çox qəribə bir xüsusiyyə- ti vardır. Uzun illər davam edən araşdırmalardan və zəhmətdən sonra əldə edilən nəticələr, hər kəs
üçün başa düşülən çox sadə və ümumiyyətlə qəbul edilən bir həqiqətə çevrilir. Bu gün belə sadə görünən problemlə- ri dərk etmək insanları böyük bəşəri ideyaları həyata ke- çirməyə vadar etdi. Bu, dünya iqtisadiyyatına baxışımızı dəyişdirdi və sağlam qlobal iqtisadiyyat qurmaq zərurəti- ni yaratdı.
Turizm (fransız sözü olub, “səyahət”, “gəzinti” məna- sını verir) fəal istirahətin geniş yayılmış və ən kütləvi nö- vüdür. “Turizm” terminini (“tourism”) ilk dəfə 1830-cu il- də V.Zhekmo istifadə edibdir. Son vaxtlara qədər hər bir ölkədə “turizm” və “turist” anlayışları özlərinə xas müəy- yənləşdirilirdi. Ölkəmizdə turizm və sanatoriya kurortları müxtəlif sistemlər tərəfindən idarə olunurdu. “Turist” konsepsiyası turist səfərləri və gəzintilərlə məhdudlaşırdı. Buna görə sanatoriyalarda, istirahət evlərində “istirahət” konsepsiyasından ayrıldı.
Digər ölkələrdə də istirahət növləri müxtəlif baxımdan müəyyən edilir. Müasir dünyada, xüsusilə də beynəlxalq səviyyədə turizmin inkişafı və beynəlxalq turizm təşkilat- larının yaradılması ilə “turizm” anlayışına ümumi bir tə- səvvür vermək mümkündür.
Turizm iqtisadiyyatın bir çox sahələrinə, əsasən, nəq- liyyat, kommunikasiya, ticarət, tikinti, kənd təsərrüfatı, tə- sərrüfat məhsullarının istehsalına xüsusi təsir göstərir. Tu- rizmdə xidmət sahələrinin artımı yeni iş yerlərinin açılma- sı deməkdir. Bu da sosial-iqtisadi rifahın yüksəlməsinə gə- tirib çıxarır. Turizm sosial-iqtisadi təzahür kimi mürəkkəb və çox şaxəlidir. Turizm xidmətləri istehlakçılar üçün bir rekreasiya, işgüzar, maarifləndirmə və s. məqsədlə görül- müş səyahətdir (səfər, yürüş). Müasir turizmin inkişaf tə- mayüllərinin təhlili göstərir ki, siyasi, iqtisadi və sosial amillərin təsiri, yeni reklam-informasiya texnologiyasının tətbiqi inkişaf etmiş ölkələrdə turizm inkişafının sıçrayışı- na səbəb olur. Həm ölkə daxili, həm də beynəlxalq turizm sürətlə inkişaf edir [2].
Bir çox ölkələrdə turizm XX əsrin fenomeni adlandırı- lır. Bu gün müasir texnika və texnologiyanın sayəsində dünyanın istənilən yerinə səyahət etmək mümkündür. Son 30 ildə turizm insanların tələbatına çevrilibdir. Dünya Turizm Təşkilatının hesablamalarına görə 2000-ci ildə dünya üzrə turizm gəliri 500 mlrd., 2004-cü ildə 600 mlrd., 2009-cu ildə 850 mlrd., 2013-cü ildə 1 trln., 2017-ci ildə 1,3 trln., 2019-cu ildə isə 1,6 trln. dollardan artıq olubdur.
Turizm iqtisadiyyatın ən yüksək məhsuldarlı və ən di- namik sektorudur. Hal-hazırda turizm sahəsində 250 mln.-dan çox işçi çalışır. Ümumi investisiyanın 7%-i, isteh- lakçı xərclərinin 11%-i, bütün vergi gəlirlərinin 5%-i və dünya üzrə xidmət ticarətinin 33%-i turizmin payına düşür.
Oxucuya təqdim olunan “Turizmin marketinqi və me- necmenti” adlı dərs vəsaiti turizmin marketinqi və menec- mentinin ən mühüm məsələlərini məntiqi ardıcıllıqla şərh etmişdir. Üç hissədən ibarət olan dərs vəsaiti ölkəmiz və xarici ölkələrdə nəşr olunan ən yeni məlumatlar əsasında yazılmışdır. Birinci fəsildə turizm haqqında (turizmin iqti- sadi məzmunu, turizmin iqtisadi mahiyyəti, turizmin for- ma və növləri) geniş məlumat verilmişdir. İkinci fəsildə turizmin marketinqi haqqında (turizmdə marketinqin ma- hiyyəti və məzmunu, turizmdə marketinqin konsepsiyası və əsas səviyyələri, turizm xidmət bazarı, turizm məhsu- lunun strukturu, turizm bazarının seqmentləşdirilməsi, turizm müəssisəsinin marketinq strategiyasının formalaş- ması, turizmdə qiymət və qiymət əmələgəlmə, turizmdə mаrкеtinqin planlaşdırılmаsı və idаrə еdilməsi, marketinq informasiyası və onun növləri, turizmdə reklam-informa- siya təminatının əsas məqsədi) mövzuları əhatə etmişdir. Üçüncü fəsildə isə turizm menecmenti (turizm menecmen- tinin mahiyyəti və əsas istiqamətləri, turizmin idarəolun- ma strukturu, turizmdə menecmentin funksiyaları, tu- rizmdə menecmentin prinsipləri, turizmdə menecmentin metodları, turist bazarı və onun iştirakçıları, turizm məh- sulunun idarə olunması, turizm sferasının əmək resursla- rı, turizm sferasında əmək haqqı sistemi, dünya ölkələrin- də turizmin inkişafı, dünya ölkələrində kənd turizmi) ge- niş şərh olunmuşdur.
Dərs vəsaiti kollec və ali məktəb tələbələri, doktorant- lar, magistrantlar, elmi işçilər, müəllimlər və ümumiyyətlə, turizmlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaitinin hazırlanmasında bizə göstərdikləri kö- məklik üçün rəyçilər: Az.MİU-nun “Xidmət sahələrinin iq- tisadiyyatı və menecment” kafedrasının müdiri, professor M.A.Məmmədova, Azərbaycan Dillər Universiitetinin “Fəlsəfə və ictimai elmlər” kafedrasının dosenti Z.A.Hü- seynovaya, Azərbaycan Dillər Universitetinin “Fəlsəfə və ictimai elmlər” kafedrasının dosenti Ş.H.Abdullayevaya öz səmimi minnətdarlığımızı bildiririk.
GİRİŞ
Təbiətin, cəmiyyətin üzdə görünən və görünməyən sirlərinin öyrənilməsinin çox qəribə bir xüsusiyyəti vardır. Uzun illər davam edən araşdırmalardan və zəhmətdən sonra əldə edilən nəticələr, hər kəs üçün başa düşülən çox sadə və ümumiyyətlə qəbul edilən bir həqiqətə çevrilir. Bu gün belə sadə görünən problemləri dərk etmək insanları böyük bəşəri ideyaları həyata keçirməyə vadar edir. Bu, dünya iqtisadiyyatına baxışımızı dəyişdirir və sağlam qlobal iqtisadiyyat qurmaq zərurətini yaradır.
Uzun illər boyu müstəmləkə dövrü yaşayan, xarici bazarda xammalla çıxış edən, indi isə müstəqillik şəraitində xarici kapitaldan asılı vəziyyətdə fəaliyyət göstərən ölkələr getdikcə daha fəal surətdə dünya təsərrüfatına inteqrasiya olunur.
Son illər sürətlə inkişaf edən turizm dünya ölkələrinin iqtisadiyyatının aparıcı sahəsi olubdur. Turizm bir çox ölkələrin ticarət balansının sabitləşməsində, büdcəsinin formalaşmasında mühüm rol oynayır. Həmçinin istənilən ölkədə turizmin inkişafı ilə yeni iş yerləri açılır. Bu da işsizliyin azalmasına səbəb olur. Bu gün dünyada hər yeddi iş yerindən biri turizm sahəsinin payına düşür.
Dünya iqtisadiyyatında mühüm rol oynayan beynəlxalq turizm ümumi milli məhsulun 1/10 hissəsini təşkil edir. Hər il turizm sektoruna qoyulan investisiyaların həcmi 30%-dan çox olur. Dünya kapitalının 7%-ni isə beynəlxalq turizm təşkil edir.
İndiki dövrlərdə turizmin inkişafı bütün dünya ölkələrini əhatə edibdir. Əgər 20-30 il əvvəl turizm dedikdə ilk əvvəl ağıla Avropa ölkələri gəlirdisə, hal-hazırda ecazkar təbiəti, tarixi-memarlıq abidələri ilə zəngin, yüksək xidmət və müasir standartlara cavab verən otel və restoranlara malik ABŞ, Asiya, Yaxın Şərq və Latın Amerikası ölkələri gəlir.
2019-cu ildə dünyada turistlərin sayı 1,5 mlrd., turizmdən əldə olunan gəlir isə 10,6 trln. dollar olmuşdur.
Ekspertlər proqnozlaşdırırlar ki, bu sürətlə artım olsa 2030-cu ildə turistlərin sayı 1,8 mlrd. nəfərə çatacaqdır.
Bu gün Ərəb ölkələri iqtisadiyyatı dünya iqtisadiyyatında aparıcı rol oynayır. Bu baxımdan bu ölkələrin iqtisadiyyatını, ayrı-ayrı sektorlarının öyrənilməsinə böyük ehtiyac yaranır. Ərəb ölkələri iqtisadiyyatının həm bu, həm də daha mürəkkəb və ziddiyyətli inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək xüsusilə vacib məsələlərdən biridir.
Bir çox ərəb ölkələrində həyаtа kеçirilən libеrаl iqtisаdi siyаsət, mаkrоiqtisаdi və mаliyyə sаbitliyinin qоrunmаsının təmin еdilməsi, dаyаnıqlı iqtisаdi аrtımın və iqtisаdiyyаtın mоdеrnləşməsinə dəstək vеrən siyаsətin dərinləşdirilməsi, bütün sеktоrların sürətlə inkişаf еtdirilməsi əldə еdilən müsbət nəticələrdir. Ölkələrin əldə еtdiyi uğurlаr dünyаnın ən mötəbər rеytinq təşkilаtlаrı və mаliyyə institutlаrının hеsаbаtlаrındа əksini tаpmışdır.
Giriş kimi Ərəb ölkələri haqqında bütün deyilənləri ümumiləşdirərək aşağıdakıları qeyd etmək olar:
1. Ərəb ölkələri iqtisadiyyatı bu gün dünyanın ən yetkin, mürəkkəb və səmərəli iqtisadiyyatıdır;
2. Ərəb ölkələri iqtisadiyyatı dəyişən şərtlərə yaxşı uyğunlaşma nümayiş etdirərək öz üstünlüklərini qorumağı bacarır;
3. Ərəb ölkələri dünyada ən zəngin təbii ehtiyatlara malik olmaqla liderlik əldə edir;
4. Bir çox ərəb ölkələri iqtisadiyyatının böyümə sürəti yüksəkdir;
5. Ərəb ölkələrinin istehsal gücləri sistemində işçi qüvvəsi böyük rol oynayır;
6. Bir çox ərəb ölkələri iqtisadiyyatında fəaliyyət göstərən kiçik və iri həcmli müəssisələr ardıcıl olaraq bir-birini tamamlayır;
7. Ərəb ölkələri iqtisadiyyatının inkişafında ən əsas yüksək texnologiya və rəqabət qabiliyyəti rəhbər tutulur;
8. Bir çox ərəb ölkələrində qeyri-neft sektorlarının inkişafına daha önəm verilir;
9. Bir çox ərəb ölkələrində turizmin inkişafı ön plana çəkilir və s.
Son zamanlar bütün dünyada olduğu kimi ərəb ölkələrində də turizm gündən-günə öz inkişaf dövrünü yaşayır. Buna səbəb sivilizasiyanın inkişafı ilə əlaqədar insanların maraq dairəsinin genişlənməsi, ödənişli məzuniyyət günlərinin artırılması, səyahətə marağın artması, dil səviyyəsinin getdikcə inkişaf etməsi, millətlərarası münasibətlərin və multikulturalizmin ötən dövrlərə əsasən inkişaf etməsidir. Hal-hazırda bu ölkələr iqtisadiyyatı yüksəltmək, xarici investisiyanın ölkəyə gəlməsinə nail olmaq, əhalinin gəlirlərini artırmaq və s. səbəblərdən turizmin inkişafına daha önəm verməyə başlayıbdır.
İki ildir dünyanı öz ağuşuna alan COVİD-19 pandemiyası bütün ölkələrin iqtisadiyyatını iflic edibdir. İqtisadiyyatın əsas sahəsi olan turizm sektoru 100 ilin ən çökmə halını yaşayır. Pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstəribdir.
Bu vəziyyətdə ölkələrin turizmlə əlaqəli makroiqtisadi göstəriciləri düzgün verilməyəcəkdir. Buna görə də turizm sektoru araşdırılan ərəb ölkələrinin turizmlə əlaqəli makroiqtisadi göstəriciləri 2019-cu ili əhatə edir.
Oxucuya təqdim olunan “Ərəb ölkələrinin turizmi” adlı dərs vəsaiti ərəb ölkələrin turizminin ən mühüm məsələlərini məntiqi ardıcıllıqla şərh etmişdir. Dərs vəsaitində ərəb ölkələrinin turizm sistemi geniş şəkildə araşdırılmış və oxucu kütləsinin marağına səbəb olan məlumatlar verilmişdir.
Dərs vəsaiti kollec və ali məktəb tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər, müəllimlər və ümumiyyətlə, ərəb ölkələri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaiti haqqında konstruktiv fikir və tövsiyələrini bildirəcək hörmətli oxuculara əvvəlcədən dərin minnətdarlığımızı bildiririk.
Ön söz
Mühasibat uçotu maliyyə xarakterli iqtisadi hadisələri qeydiyyatdan keçirilib təsnifləşdirilməsi və hesabat şəklinə gətirilərək təqdim olunması və təhlilini öyrənən bir elm sahəsidir.Mühasibat uçotu daima təkminləşdirilməklə bazar iqtisadiyyatı şəraitində ölkə iqtisadiyyatının formalaşması,sahibkarlığın inkişafı və idarəetmə sistemində mühüm amilə çevrilmişdir.
Yüksək ixtisaslı mühasiblərin,iqtisadçıların hazırlığının həyata keçirilməsində mühasibat balansının quruluşu,növləri və formaları,mühasibat hesabları,sintetik və analitik hesablar üzrə dövriyyə cədvəllərinin tərtibi,mühasibat sənədlərinin təsnifatı və təyinatı,sənədlərin qəbulu və yoxlanması metodları təcrübə keçirilən müəssisələrdə məlumatların öyrənilməsi tələbələrin gələcək təcrübələrini müəyyən edir. Əminəm ki,bu metodik vəsaitin gələcəkdə mühasib və iqtisadçı kimi yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsində böyük rolu olacaqdır.
GİRİŞ
Müasir zamanda tələbələrin gündəlik həyatlarını davam etdirə bilmələri üçün kompüter təhsillərinin olması vacib bir amilə çevrilmişdir. Hesabi və məntiqi əməlləri icra edə bilən elektron maşını kompüter adlanır. Kompüter hər yerdə bizim yaxın köməkçimizdir. Hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olub, dialoq rejimində işləyən hazır proqramlar toplusuna tətbiqi proqramlar deyilir.
Tətbiqi proqramlar ƏS-nin idarəsi altında vəzifəsində çalışır. TPP – müəyyən olunmuş sinif məsələlərinin həlli üçün təyin olunmuş kompleks proqramdır. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır. Dərs vəsaiti əsasən proqram təminatının ən mühüm hissəsi sayılan Office proqram paketlərindən MS Word 2013, MS Excel 2013, MS Power Point 2013, MS Publisher 2013 proqramlarının öyrənilməsinə həsr edilmişdir. MS Word 2013 mətn redaktorunun quruluşu, təyinatı haqqında məlumat verilir, onun digər redaktorlarla əlaqəsi verilir. MS Excel 2013 cədvəl redaktorunun quruluşu, təyinatı haqqında məlumat verilir. Riyazi və iqtisadi məsələlərin həllində onun böyük əhəmiyyəti olduğu şərh edilir.
Dərs vəsaitində verilənlər bazalarının idarəetmə sistemləri içərisində geniş yayılmış MS Acess 2013 proqramı haqqında ətraflı məlumat verilir. Onların yaradılma üsulları praktiki misallarla izah olunur. MS Power Point proqramında təqdimatların hazırlanması haqqında məlumat verilir. MS Publisher proqramında açıqçalar, vizitkalar və s yaratmaq olur.
Ön Söz
Doğma Respublikamız müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də islahatlar aparılması zərurəti ilə qarşılaşdı. Ötən əsrin 90 cı illərindən başalayaraq təhsil sahəsində aparılan məqsədyönlü dəyişikliklər və müasir dünya stantartlarına cavab verən tələblər xarici dilləri tədris edən müəllimlər qarşısında da son interaktiv metoda əsaslanan dərslik və dərs vəsaitləri, lüğətlər, məlumat kitabları hazırlamaq məqsədini qoymuşdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəailiyyət göstərən Sənaye və Texnologiya kollecinin "Xarici Dillər" kafedrasının əməkdaşları olaraq Əliyeva Fəxriyyə,Əzizova Yaqut, Seyidova Səadət, Əhmədova Saqibət, dünya təhsil sisteminin aparıcı metodu olan İnteraktiv Metoda əsaslanan "Progress Your English" dərs vəsaitini hazırladıq. Bu dərs vəsaiti başlıca olaraq kollecimizdə təhsil alan tıələbələrə şifahi nitq vərdişlərini inkişaf etdirmək, ünsiyyətə başlamaq üçün danışıq bacarıqlarını artırmaq şansı vermiş olacaqdır.
"Progress Your English" dərs vəsaiti 24 bölümdən ibarətdir. Hər bir bölüm müxtəlif aspektləri əhatə edən mətnlərdən, mətnlərdə rast gəlinən yeni söz və ifdələrin seçilərək tərcümə variantlarından,tapşırıq və testlərdən ibarətdir. Bu vəsaitimizdə müzakirə mövzularına da yer ayırmışıq. Düşünürük ki, müxtəlif sahələri əhatə edən müzakirə mövzuları tələbələrə öz söz ehtiyyatlarını genişləndirmək, nitq vərdişlərini inkişaf etdirmək üçün baza materialı olacaqdır. Dərs vəsaitinin ilkin layihə variantları kafedrada müzakirə olunmuş və əməkdaşlarımızın maraqlalı rəy və tövsiyyələri də nəzərə alınmışdır.
Dərs vəsaitindən kollecemizin tələbələri ilə yanaşı, ingilis dilini inkişaf etdirmək arzusunda olan hər bir şəxs yararlana bilər.
Müəlliflər