Xəbərlər
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Təbiət fənləri” kafedrasının müəllimləri Aytən Əliyeva və Aysel Əmirahova “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici seminar təşkil ediblər.
Seminarın məqsədi tələbələri sağlam həhat tərzi haqqında məlumatlandırmaq, onların düzgün qidalanma, fiziki aktivlik və şəxsi gigiyena haqqında biliklərini artırmaq və bu istiqamətdə…
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı və psixoloq Gülnar Məstəliyeva “Narkotiklərə “ Yox” deyək!” mövzusunda maarifləndirici tədbir təşkil ediblər.
Tədbirdə narkotiklərin insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi zərbə vurduğu vurğulanıb, həmçinin narkomaniya ilə mübarizədə barışmaz…
28 May – Müstəqillik Günü Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. Bayramınız mübarək olsun!
27 may 2025-ci ildə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib.
İclası Kollecin direktoru Faiq Şahbazlı açdı və Şura üzvlərini Pedaqoji Şuranın gündəliyində olan məsələlərlə tanış etdi. Kollecdə keçirilən mədəni- kütləvi tədbirlər barədə Tərbiyə…
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Humanitar elmlər” kafedrasının müəllimi Aynur Bədəlova M-103 qrupunda 28 May-Müstəqillik gününə həsr edilmiş nümunəvi dərs təşkil etmişdir.
Dekorativ-tətbiqi sənət (Zərgərlik) ixtisasında " Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanma texnikası” fənninin tədrisi
Müəllim: Leyla İbrahimova
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Konstitusiya və Suverenlik ili” çərçivəsində bilik yarışı keçirilib. “Səbat” və “Səda” komandaları arasında keçirilən yarışda 5 kateqoriya üzrə 25 sual verilib.
Yarışın sonunda qalib gələn “Səbat” komandası hədiyyələrlə mükafatlandırılıb.
“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması”
23 may 2025-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)…
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin TT-204 qrupunun tələbəsi Murad Şeydayev “ASED fighting championship” Liqasının təşkil etdiyi MMA üzrə həvəskar turnirində 17-18 yaş 84 kq çəki üzrə I yerə layiq görülmüşdür.
Tələbəmizi təbrik edir, uğurlarının bol olmasını arzulayırıq!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Adlı təqaüd” təqdim olunub.
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin 2 tələbəsi də bu təqaüdə layiq görülüb. Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.