23 may 2025-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir keçirildi.
Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı tədbiri açaraq, müzakirə olunan mövzunun mahiyyətindən danışdı və gənclərin bu istiqamətində maarifləndirilməsinin vacibliyini qeyd etdi.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkimi Teymur Agazade çıxış edərək, sağlam həyat tərzinin formalaşmasına müsbət təsir edən amillərdən, ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən və erkən nikahların fəsadlarından bəhs etdilər.
Tədbir interaktiv diskussiya şəraitində keçdi.
Sonda tələbələr qonaqlarla xatirə şəkli çəkdirməyi də unutmadılar.



