office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

27 may 2025-ci ildə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib.

İclası Kollecin direktoru Faiq Şahbazlı açdı və Şura üzvlərini Pedaqoji Şuranın gündəliyində olan məsələlərlə tanış etdi. Kollecdə keçirilən mədəni- kütləvi tədbirlər barədə Tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı, istehsalat təcrübələrinin keçirilmə vəziyyəti barədə Təcrübə rəhbərləri Sevinc Qəmbərova və Aynur Allahverdiyeva, 2024-2025-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimovanın məruzələri dinlənildi.

İclasın gündəliyində olan cari məsələlər müzakirə edildi və yekdilliklə qəbul edildi.

İclasın yekununda Faiq Şahbazlı öz çıxışı ilə müzakirələri yekunlaşdırdı və yaz imtahan sessiyası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verdi.


27.05.2025