Xəbərlər
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova, kollecin inzibati heyətinin nümayəndəsi Günay Quliyeva və tələbələr iştirak ediblər.
Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa, dövlətçilik fəlsəfəsinə və milli ideoloji dəyərlərə sadiqliyin ifadəsidir. Bu, eyni zamanda, 34 illik zəngin siyasi irsin formalaşdırdığı ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi deməkdir. Milli maraqların qorunması, dövlət müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi, milli dövlətçilik prinsiplərinin inkişaf etdirilməsi və ideoloji irsimizin yaşadılması bu siyasi fəaliyyətin əsas istiqamətlərindəndir.
Kollecin tələbələrinin belə əlamətdar tədbirdə iştirakı gənc nəslin dövlətçilik ideyaları, milli dəyərlər və ölkəmizin siyasi tarixi barədə biliklərinin zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərin fəal vətəndaş mövqeyinin formalaşdırılması, dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi və milli ideoloji dəyərlərə sədaqət ruhunda yetişdirilməsi gələcəyimiz naminə mühüm vəzifələrdəndir.


