ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tarix müəllimi Gülnarə Əbdüləzimovanın təşkilatçılığı ilə KS-105 və KP-106 qruplarının tələbələri “Tolerantlıq Evi” Muzey Mərkəzinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr Azərbaycanda tolerantlıq ənənələri, multikultural dəyərlər, müxtəlif xalqların və dini konfessiyaların birgəyaşayış mədəniyyəti haqqında maraqlı məlumatlar əldə ediblər.
Maarifləndirici səfər tələbələrin dünyagörüşünün genişlənməsi və milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi baxımından əhəmiyyətli olub.
https://youtube.com/shorts/5STZFUIBb-I?feature=share







