Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində ilk rəqəmsal KSQ keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində tədris prosesinin müasirləşdirilməsi istiqamətində növbəti yenilik tətbiq olunub. Belə ki, kollecdə ilk dəfə olaraq Kiçik Summativ Qiymətləndirmə (KSQ) rəqəmsal formatda təşkil edilib.

Elektron platforma üzərindən aparılan qiymətləndirmə tələbələrin bilik səviyyəsinin daha şəffaf, obyektiv və operativ ölçülməsinə xidmət edir. Bu sistem insan faktorunun təsirini minimuma endirməklə yanaşı, nəticələrin dərhal və dəqiq hesablanmasına imkan yaradır.

Qeydiyyat, Qiymətləndirmə və Monitorinq Bölməsinin nəzarəti və texniki təminatı ilə keçirilən proses daxili intizam qaydalarına uyğun olaraq uğurla davam etdirilir. Növbəti mərhələlərdə digər fənlər və ixtisaslar üzrə də qiymətləndirmənin rəqəmsallaşdırılması davam etdiriləcək.