Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecinin tələbələri şəxsi brend və loqo layihələri hazırlayıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin Z105 və Z206 qruplarının tələbələri “Təsviri incəsənət və dizayn tarixi” fənni çərçivəsində yaradıcı praktiki layihə həyata keçiriblər.

Müəllim Günay Yusubovanın rəhbərliyi ilə keçirilən məşğələdə tələbələrə öz biznes ideyalarını formalaşdırmaq və həmin ideyalara uyğun fərdi loqolar hazırlamaq tapşırılıb.

Layihə çərçivəsində geyim və zərgərlik brendləri, parfümeriya mağazaları, restoranlar, eləcə də heyvanların qorunması və heyvan yemlərinin satışı sahələri üzrə loqo nümunələri hazırlanıb. Tələbələr rəng, simvol, şrift və kompozisiya elementlərindən istifadə edərək seçdikləri brendlərin vizual kimliyini yaradıblar.

Tapşırığın əsas məqsədi tələbələrin yaradıcı və dizayn təfəkkürünü inkişaf etdirmək, nəzəri biliklərini praktik bacarıqlara çevirmək və brend kimliyinin formalaşmasında loqonun rolunu mənimsətmək olub.

Tələbələrin təqdim etdikləri işlər fərqli ideyaları və yaradıcı yanaşmaları ilə seçilib. Layihə onlara gələcək dizayner və sahibkar kimi özlərini sınamaq, ideyalarını vizual formada təqdim etmək imkanı yaradıb.