Sənaye və Texnologiya Kollecinin Z-206 qrupunun I kurs tələbələri “Materialların texnologiyası və istehsalat avadanlıqları” fənni üzrə keçirilən praktiki məşğələlərdə müxtəlif zərgərlik avadanlıqlarının iş prinsipləri ilə yaxından tanış olurlar.
Emalatxana müdiri və fənn müəllimi Xatirə Quliyevanın rəhbərliyi və nəzarəti altında tələbələr gümüşün əridilməsi, süzülməsi və yayma alətindən keçirilməsi proseslərini əyani şəkildə öyrənir, nəzəri biliklərini praktikada tətbiq etmək imkanı qazanırlar.
Böyük maraq və həvəslə keçirilən məşğələlər tələbələrin zərgərlik sənətinə olan marağını daha da artırır, onların peşə bacarıqlarının formalaşmasına və gələcək ixtisasları üzrə praktiki təcrübə qazanmalarına şərait yaradır.
https://youtube.com/shorts/Jm4hHH080f8?feature=share
https://youtube.com/shorts/MTF-be8TGto?feature=share


