Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecimizin Biologiya laboratoriyasında növbəti praktiki məşğələ

Kollecin Biologiya laboratoriyasında tələbələrin nəzəri biliklərinin praktik bacarıqlara çevrilməsinə xidmət edən növbəti laboratoriya məşğələsi keçirilib.

Biologiya müəllimi Yaqut Mamedovanın rəhbərliyi ilə M-106 qrupunda “Fotosintez və xemosintez” mövzusunda praktiki dərs təşkil olunub. Dərsdə “Təbiət fənləri” fənn birləşmə komissiyasının sədri Səidə Bayramova da iştirak etmişdir. Dərs zamanı tələbələrə “Fotosintez nəticəsində yarpaqlarda nişastanın əmələ gəlməsinin müşahidə edilməsi” və “Yumurta zülalının təyini” adlı laboratoriya işləri nümayiş etdirilib və praktik olaraq həyata keçirilib.

Laboratoriya işlərinin aparılması prosesində Biologiya müəllimi Yaqut Mamedova və Biologiya laboratoriyasının müdiri Günel Şükürova birgə iştirak edərək tələbələrə təcrübələrin icra qaydasını izah edib, təhlükəsizlik qaydaları və müşahidələrin düzgün aparılması barədə məlumat veriblər.

Tələbələr laboratoriya işlərini bilavasitə özləri icra edərək təcrübələrin gedişini əyani şəkildə müşahidə edib, əldə olunan nəticələri təhlil ediblər. Praktiki məşğələ tələbələrin biologiya üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, tədqiqat və müşahidə bacarıqlarının inkişaf etdirilməsi baxımından səmərəli və maraqlı keçib.

https://www.youtube.com/shorts/DFVuhYbwCJQ