Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub. Menecment şöbəsinin tələbələri əvvəlcədən hazırladıqları əl işlərini nümayiş etdiriblər. Bununla yanaşı, onlar 2 saat müddətində müəllim və tələbələr qarşısında yeni əl işləri də hazırlayıblar. Sərginin yekununda tələbələrə kollec rəhbərliyi adından hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Sərgi kollecin kollektivi tərəfindən maraqla qarşılanıb.
http://artkaspi.az/az/telebelerin-el-islerinden-ibaret-sergi/#.Wjn3GN9l_IW
https://strategiya.az/index.php?do=xeber&id=107487
http://kaspi.az/az/telebelerin-el-islerinden-ibaret-sergi-teskil-olunub-fotolar/
18.12.2017