Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecimizin müəllimlərinin həmmüəllifi olduqları “Xətti cəbr” kitabı işıq üzü görüb

Kollecimizin riyaziyyat müəllimləri Türkan Əliyeva, Rəna Həbillayeva və Aynur Əli-zadənin birgə əməyi və peşəkar fəaliyyəti nəticəsində ərsəyə gələn “Xətti cəbr” kitabı nəşr olunub.

Kitabda xətti cəbrin əsas anlayışları, nəzəri əsasları və praktiki tətbiqləri sistemli və anlaşıqlı şəkildə təqdim olunur.

İnanırıq ki, bu nəşr tələbələrin bilik və bacarıqlarının inkişafına, eləcə də müəllimlərin tədris fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Müəlliflərimizi bu dəyərli elmi-pedaqoji nailiyyət münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!