ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin A106 qrupunun tələbələri qrup rəhbəri Aliyə Bilalovanın təşkilatçılığı ilə Zəfər Muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr Vətənimizin şanlı Zəfər tarixini əks etdirən eksponatlarla yaxından tanış olub, tarixi hadisələr haqqında ətraflı məlumat əldə ediblər. Tələbələrin böyük marağına səbəb olan səfər gənclərdə milli qürur və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətli olub.
Ekskursiyanın əsas məqsədi tələbələrin tariximizə marağını artırmaq, onlarda milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini gücləndirmək, eləcə də tədris prosesində qazandıqları nəzəri bilikləri əyani şəkildə möhkəmləndirmək olub.








