College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

“Mədəniyyət Sərhəd Tanımır” platforması üzrə növbəti beynəlxalq layihə

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci ilə Özbəkistanın Taşkent Radio və Televiziya Kolleci arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Mədəniyyət Sərhəd Tanımır” platforması üzrə növbəti beynəlxalq layihənin icrasına start verilir.  

 Kollecin Mədəniyyət və İncəsənət Klubunun rəhbəri Rövnəq Mirzəxanlının təşəbbüsü və rəhbərliyi ilə hazırlanan “İki Ölkə, Bir Kamera” adlı beynəlxalq tələbə media və mədəniyyət layihəsinin həyata keçirilməsi məqsədilə Özbəkistan tərəfi ilə növbəti onlayn işgüzar görüş baş tutub. 

Görüşdə kollecin beynəlxalq əlaqələr üzrə işçi qrupunun rəhbəri Günel Dadaşova, işçi qrupunun üzvləri Lalə Nəsibova və Qurban Zeynalzadə, eləcə də kollecin müəllimi Səidə Məmmədova iştirak ediblər.

İclas zamanı layihənin icra mexanizmi, çəkiliş qrafiki, texniki tələblər və ilk buraxılışların mövzuları ətrafında geniş müzakirələr aparılıb. 

Həftədə bir dəfə onlayn video-podcast formatında yayımlanacaq layihənin əsas məqsədi Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, yaradıcı və intellektual əlaqələri gücləndirməkdir. 

Azərbaycan və özbək dillərində hazırlanacaq buraxılışlarda tələbələr həm aparıcı, həm də yaradıcı heyət kimi çıxış edərək ortaq tarix, milli adət-ənənələr, musiqi, tələbə həyatı və müasir rəqəmsal media mövzularında fikir mübadiləsi aparacaqlar.