22.11.2026-cı il tarixində Eco start Up və Beynəlxalq Əlaqələr klublarının üzvlərindən ibarət bir qrup tələbə xaricdə təhsil sərgisində iştirak edib.
Sərgi çərçivəsində tələbələr dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu universitetlər, beynəlxalq təhsil proqramları, qəbul şərtləri və təqaüd imkanları ilə yaxından tanış olublar.
Tədbir zamanı tələbələr universitet nümayəndələri ilə görüşərək onları maraqlandıran suallara cavab tapmaq, xaricdə təhsil imkanları, akademik mübadilə proqramları və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat əldə etmək imkanı qazanıblar.
Bu cür tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsi, beynəlxalq təhsil imkanları barədə məlumatlılığının artırılması və gələcək təhsil seçimlərinin daha düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




