News
20 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova Pərvanənin təşəbbüsü və rəhbərliyi ilə klub üzvlərinin Bakı Ali Neft Məktəbinə (BANM) maarifləndirici səfəri təşkil olunmuşdur.
Səfərin əsas məqsədi tələbələri ali təhsil mühiti, müasir tədris imkanları, innovativ yanaşmalar və peşəkar inkişaf perspektivləri ilə yaxından tanış etmək, onların dünyagörüşünü genişləndirmək olmuşdur.
Görüş zamanı tələbələr Bakı Ali Neft Məktəbinin fəaliyyəti, təhsil imkanları və müasir infrastrukturu ilə tanış olmuş, ali təhsil və gələcək karyera perspektivləri barədə ətraflı məlumat əldə etmişlər.
Busəfər tələbələrin motivasiyasının artırılması, təhsil və peşə seçimləri ilə bağlı dünyagörüşlərinin genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.
https://youtube.com/shorts/kRAjsFz04Jg?feature=share





