Новости
Bu dəfə podcastımızın qonağı kollecimizin dəyərli tarix müəlliməsi Şöylə Əfəndiyeva olub.
Söhbət zamanı Azərbaycanın zəngin tarixindən, Qarabağ müharibələrindən, Vətən müharibəsinin tarixi əhəmiyyətindən və müəlliməmizin öz oğlunun 44 günlük Vətən müharibəsində iştirakından bəhs edilib. Şölə müəllimə həm tarixi hadisələrə dair biliklərini, həm də bir ana olaraq yaşadığı duyğuları və xatirələrini bizimlə bölüşüb.
Podcast Beynəlxalq Əlaqələr Klubunun sədri Abdullazadə Nəzrin tərəfindən aparılıb. Çəkilişdə Kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini Kərimova Böyükxanım da iştirak edərək qonağımıza suallar ünvanlayıb.
“Perspective” olaraq məqsədimiz fərqli baxışları, dəyərli təcrübələri və unudulmaz həyat hekayələrini dinləyicilərimizlə bölüşməkdir.