College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

Sənaye və Texnologiya Kollecinin tələbələri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin TK-105 qrupunun tələbələri tarix müəllimi Şölə Əfəndiyevanın rəhbərliyi ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələr Azərbaycanın qədim tarixi, zəngin milli-mədəni irsi, xalqımızın məişəti və adət-ənənələri ilə yaxından tanış olublar. Muzey kompleksində nümayiş etdirilən arxeoloji tapıntılar, etnoqrafik eksponatlar və tarixi abidələr tələbələrin böyük marağına səbəb olub.

Ekskursiyanın əsas məqsədi tələbələrin tarixə marağını artırmaq, onlarda milli-mənəvi dəyərlərə hörmət hissini gücləndirmək, eləcə də tədris prosesində qazandıqları nəzəri bilikləri əyani şəkildə möhkəmləndirmək olub.