Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecdə mülki müdafiə mövzusunda maarifləndirici seminar keçirilib

5 noyabr 2026-cı il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Tədbirlər Planına uyğun olaraq “Nüvə və digər kütləvi qırğın silahlarının mümkün tətbiqi zamanı əhalinin mühafizəsi və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə Humanitar FBK-nın sədri Elnarə Kazımova, Mülki müdafiə qərargahının rəisi Arif Kərimov, müəllim Rəhimə Yaqubəli və KG205 qrupunun tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Elnarə Kazımova mülki müdafiə sahəsində maarifləndirmənin və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Mülki müdafiə qərargahının rəisi, Arif Kərimov mövzu üzrə ətraflı məlumat verərək fövqəladə hallar zamanı mühafizə üsulları və təhlükəsiz davranış qaydalarını izah edib. Tədbirin əsas məqsədi tələbələrin mülki müdafiə sahəsində biliklərinin artırılması və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi olub.