Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin TM106 qrupunun tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə “44” filmini izləyiblər.
Qrup rəhbəri Türkan Əliyevanın təşkilatçılığı ilə baş tutan film nümayişinin məqsədi tələbələrə 44 günlük Vətən müharibəsində xalqımızın göstərdiyi qəhrəmanlığı və tarixi Zəfərimizin əhəmiyyətini daha yaxından çatdırmaq, onlarda vətənpərvərlik ruhunu gücləndirmək olub.

