Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecində valideynlərlə görüş keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Kompüter sistemləri, servis və şəbəkələr” şöbəsində ümumi orta təhsil (9 illik) bazasından qəbul olunmuş tələbələrin valideynləri ilə görüş keçirilib.

İclasda tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, şöbə müdiri Aynur Ağayeva, kollecin psixoloqu Gülnar Məstəlizadə, qrup rəhbərləri, fənn müəllimləri və tyutorlar iştirak ediblər.

Görüş zamanı tələbələrin tədris prosesi, dərsə davamiyyəti, nizam-intizamı, akademik göstəriciləri və psixoloji vəziyyətləri müzakirə olunub. Tələbələrin təlim nəticələrinin yaxşılaşdırılması, onların fərdi inkişafının dəstəklənməsi və valideynlərlə təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.

Kollecin rəhbər və pedaqoji heyəti valideynlərlə fikir mübadiləsi apararaq onları maraqlandıran sualları cavablandırıb. 

İclasın əsas məqsədi tələbələrin keyfiyyətli təhsil almasına dəstək olmaq, təlim-tərbiyə prosesində valideynlərin rolunu artırmaq və səmərəli əməkdaşlığı təmin etmək olub.