Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

“Yaradıcı sənət və mədəniyyət sahələri” şöbəsində tələbələrin valideynləri ilə görüş keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Yaradıcı sənət və mədəniyyət sahələri” şöbəsində “Poliqrafiya istehsalatının texnologiyası”, “Dizayn (Qrafik dizayn)” və “Dekorativ - tətbiqi sənət (zərgərlik)” ixtisasları üzrə cari tədris ilinin ümumi (9 illik) orta təhsil bazasından yeni qəbul olunmuş P106, D106 və Z106 qrup tələbələrinin valideynləri ilə görüş keçirilmişdir.

Valideyn iclasında Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova, Şöbə müdiri Pərvin Məmmədova, qrup rəhbərləri və müəllimlər iştirak edərək tələbələrin kollecin daxili nizam-intizam qaydalarına riayət etməsi və tədris prosesinə məsuliyyətli yanaşma mövzusunda geniş müzakirələr aparıldı.

Görüş zamanı valideynlərin sualları dinlənilmiş, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmış və müvafiq tövsiyələr verilmişdir. Tədris prosesinin səmərəli təşkili, tələbələrin təlim nəticələrinin yüksəldilməsi, intizam qaydalarına əməl olunması və valideyn-müəllim əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Sonda valideynlərə göstərilən diqqətə və əməkdaşlığa görə təşəkkür edilmiş, tələbələrin təhsil və tərbiyə prosesində kolleclə valideynlər arasında qarşılıqlı əlaqənin davam etdirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.