Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Tələbələr Bakının tarixi məkanlarına ekskursiya ediblər

28 oktyabr 2026-cı il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin M106 qrupunun tələbələri qrup rəhbəri Sənubər Əliyevanın müşayiəti ilə Bakının tarixi məkanlarına ekskursiya ediblər.

Ekskursiyanın əsas məqsədi tələbələrin şəhərimizin zəngin tarixi və mədəni irsi haqqında biliklərini artırmaq, nəzəri biliklərini praktik müşahidələrlə möhkəmləndirmək olub.

Ekskursiya çərçivəsində tələbələr Şirvanşahlar Sarayı, İsmailiyyə binası (hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi bina), Bakı milyonçusu Murtuza Muxtarovun tikdirdiyi Səadət Sarayı və Miniatür Kitab Muzeyi ilə tanış olublar.

Cari semestrin mövzu-təqvim planında yer alan mövzularla əlaqəli təşkil edilən ekskursiya tələbələrə dərslərdə öyrəndikləri tarixi məkanları yaxından görmək və onlar haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaradıb.

Ekskursiya zamanı tələbələr tarixi abidələrin memarlıq xüsusiyyətlərinə və keçmişinə böyük maraq göstəriblər. Həmçinin həmin məkanlarda olan xarici turistlərin tələbələrlə xatirə şəkli çəkdirmək istəməsi ekskursiyanın maraqlı məqamlarından biri olub.

Bu cür maarifləndirici ekskursiyalar tələbələrin dünyagörüşünün genişlənməsinə, tarixi-mədəni irsimizə marağının artmasına və tədris prosesində qazandıqları biliklərin daha dərindən mənimsənilməsinə mühüm töhfə verir.