Sənaye və Texnologiya Kollecində Tələbə Gənclər Təşkilatının (TGT) sədri və tələbə klublarının rəhbərləri ilə işgüzar görüş keçirilib.
Görüşdə yeni tədris ilinin başlanğıcından etibarən görülən işlər ətraflı təhlil olunub, əldə olunan nəticələr və qazanılan təcrübə nəzərdən keçirilib. Eyni zamanda, klubların gələcək fəaliyyət istiqamətləri, nəzərdə tutulan layihələr və həyata keçiriləcək tədbirlər planı geniş müzakirə edilib.
Tələbələrin ictimai və fərdi inkişafında klubların mühüm rol oynadığını vurğulayan görüşdə, gənclərin təşəbbüskarlığının artırılması və tələbə həyatının daha səmərəli təşkili ilə bağlı prioritetlər müəyyənləşdirilib.
Görüşün sonunda klub rəhbərlərinin fikir, təklif və təşəbbüsləri dinlənilib, qaldırılan məsələlərin həlli və fəaliyyətin daha operativ təşkili istiqamətində müvafiq tapşırıqlar verilib.

