12 noyabr 2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “Uşaq Hüquqlarının Müdafiəsi “ aylığı çərçivəsində “Humanitar fənlər“ fənn birləşmə komissiyasının sədri Vüsalə Əbdürrəhimovanın təşkilatçılıgı ilə tədbir keçirildi. Tədbirdə kollecin tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova , psixoloq Gülnar Məstəlizadə, müəllim və A205, KP105, A105, P105 , Ə105 -saylı qrupun tələbələri iştirak etdilər.
Tədbirin məqsədi Uşaqlarda hüquqi biliklərin formalaşdırılması; Uşaq hüquqlarının qorunması istiqamətində dövlət siyasəti ilə tanışlıq; Valideyn, kollec və cəmiyyətin məsuliyyətinin izahı istiqamətində biliklərə nail olmaqdır.
Tədbiri giriş sözü ilə tədriş işləri üzrə direktor müavini Könül Abdurrəhimova açdı və tədbir haqqında iştirakçılara məlumat verdi.
Sonra Vüsalə Əbdürrəhimova Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri haqqında ətraflı danışdı. Bildirdi ki, 12 noyabr tarixində Azərbayca Respublikasının Konstitusiyasının qəbul olunmasından 30 il keçir. Bu tarixi gündə uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirin keçirilməsi xüsusilə diqqətəlayiqdir. Sonra onu da əlavə etdi ki, 1992-ci il Azərbaycan BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sına qoşulmuşdur. 1998-ci ildə isə “Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanunu” qəbul edilmişdir. Hər bir uşağın yaşamaq, təhsil almaq, sağlam böyümək, fikrini azad ifadə etmək, zorakılıqdan qorunmaq və istirahət etmək hüququ vardır.
Tədbirdə Psixolq Gülnar Məstəlizadə usaq hüquqlarının mahiyyəti, zorakılıq və onun növləri, erkən nigahlar və onlara qarşı mübarizə problemi haqqında məruzə etdi. Qeyd etdi ki, kollecdə təhsil alan hər bir kəs sadalanan problemlərlə rastlaşdıqda psixoloji yardım üçün müraciət etmək hüququna malikdir.
Daha sonra tələbələr mövzu ətrafında müzakirələr apardılar və onların sualları cavablandirıldı.






