Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Milli Dirçəliş Gününə həsr olunmuş tədbir

17.11.2025-ci il tarixində ADNSU-nun  nəzdində Sənaye və Texnologiya Kollecində  kollecin coğrafiya müəllimi Aygün İsmayılovanın təşkilatçılığı ilə Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 17 noyabr 1988-ci ildə xalqımızın milli azadlıq iradəsinin oyanışı, birlik və həmrəylik ruhu vurğulandı. Tədbirdə Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı çıxışlar (rəqs, şeir və muğam ifaları) həmin günün tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi. 

Tədbirin sonunda tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, metodkabinə müdiri Xəlil Bağırov  və tədris hissə müdiri Təranə Məmmədova  tədbirlə  bağlı öz ürək sözlərini  bildirdilər.