office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Tələbələr müasir xalça sənətinin inkişafını əks etdirən eksponasiyalarla yaxından tanış olublar

14 noyabr 2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Z103 qrupunun tələbələri  müəllimləri Nərmin Kərimova   ilə birlikdə Azərbaycanın Milli Xalça Muzeyində ekskursiyada olublar. Məqsəd tələbələrə Azərbaycanın zəngin xalçaçılıq ənənələri, dekorativ-tətbiqi sənət nümunələri və milli irsin qorunması istiqamətində görülən işlər haqqında əyani məlumat vermək idi.

Muzeydə tələbələr müxtəlif bölgələrə məxsus  qədim toxuculuq nümunələri, eləcə də müasir xalça sənətinin inkişafını əks etdirən eksponasiyalarla  yaxından tanış olublar. Bələdçinin təqdimatı zamanı xalçaların hazırlanma texnikası, istifadə olunan naxış və rənglərin mənası, həmçinin Azərbaycan xalçaçılığının UNESCO tərəfindən bəşəri irs kimi tanınması barədə maraqlı məlumatlar verilib.


14.11.2025