office@stk.edu.az
(+994 12) 567-78-59

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1 mart hər il kütləvi humanitar tədbir kimi qeyd olunur.

İlk dəfə silahlı qüvvələrdə belə imkan I Dünya Müharibəsi zamanı (1914-1918 illər) yaranmışdı. Almanlar ilk dəfə döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərin hava zərbələrindən müdafiəsinin zərüriliyini yaratmışdı. Qoşunlarla bərabər bu proses mülki əhali də cəlb olunmağa başlanılır.

1 Mart Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevre regionu assosiasiyası” təşkilatını yaratmışdı. Sonralar bu təşkilat Ümümdünya Mülki Müdafiə təşkilatına( ÜMMT) çevrilmişdi.

Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildi. Azərbaycan isə, 1993-cü ildən ÜMMT-in üzvüdü və bütün beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edir.

1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə BİTKOL-da maarifləndirici seminar və təlim keçirilib. Tədbirdə Bakının Nərimanov rayon Fövqəladə hallar nazirliyinin mülki müdafiə şöbəsinin rəisi mayor Kərim Rəhimov çıxış edərək, mülki müdafiənin başlıca vəzifələrindən danışdı, tələbələrin fövqəladə hallar zamanı mühafizəsinin düzgün təşkilini əks etdirən video çarx təqdim olundu. Tədbirdə FHN-in Bakı Regional mərkəzinin əməkdaşları mayor Cavid Quliyev, kapitan Elçin Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonda kollecin həyətində süni yanğın hadisəsi təşkil olunaraq, tələbələr inzibati binadan təxliyyə olundular.

Foto və video əlavə olunur.


01.03.2017