Dünyanın ən böyük axtarış sistemi olan Google özünün bir neçə məhsulunu 12-yaşına qədər olan uşaqlara adaptasiya etməyi planlaşdırır. Belə ki, internet axtarışın, YouTube videoxostinqin və Chrome brauzerin uşaqlar üçün versiyası nəzərdə tutulur.
“Kompaniyanın əməkdaşlarını bu işə əsas həvəsləndirən amil - uşaqların dünyaya gəlməsi faktı və onlar üçün mümkün qədər ziyansız və xoş olacaq məhsulun yaradılması istəyidir”, - USA Today qəzetinə müsahibəsində Google –ın vitse-prezidenti “uşaq” təşəbbüsü kompaniyasına başçılıq edən Pavni Divanji bəyan etdi.
Divanjinin sözlərinə görə, bu cür populyar məhsulun uşaqlara adaptasiya məsələsi insanlarda müxtəlif suallar doğura bilər. Lakin iki uşaq (8 və 13 yaşlı) anası hesab edir ki, onsuzda bu və ya digər hallarda uşaqlar internet texnologiyayla təmasdadırlar ”. Elə buna görə də, ən yaxşısı, uşaqları istifadə edə biləcəkləri texnologiyayla təmin etməkdir”, - deyir o.
Google uşaqlar üçün adaptasiya olunacaq yeni məhsullarında valideynlərə uşaqlara nəzarət etmək üçün daha çox səlahiyyət verəcək. Yeni versiyalı məhsulun və proqramların istifadəyə veriləcəyi zamanı Google hələ açıqlamır.