College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

Tullantı materiallarından ibarət dekorativ əsərlərin hazırlanması

Kollecimizdə Dizayn (qrafik dizayn) ixtisasının D206 qrupunda “Materialların texnika və texnologiyası” dərsi çərçivəsində “Tullantı materiallarından ibarət dekorativ əsərlərin hazırlanması” mövzusu üzrə praktik işlər başa çatmışdır.

Müəllim Günay Məmmədova tərəfindən keçirilən dərsdə tələbələr fəal iştirak edərək öz əl işlərini nümayiş etdirmiş və dərsin yekun qiymətləndirilməsi aparılmışdır.

Dərsdə tələbələr yararsız hesab edilən materiallardan istifadə etməklə yeni, estetik və yaradıcı dekorativ kompozisiyalar hazırlamağı öyrənmişlər.