ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Eco Start-up” klubunun təşkilatçılığı ilə “Eco Start-up nədir?” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi ekologiya, innovasiya və sağlam həyat tərzi mövzularını vahid platformada birləşdirərək iştirakçıların ekoloji sahibkarlıq sahəsində biliklərini artırmaq olub.
Tədbir çərçivəsində ekoloji startap anlayışı, dayanıqlı inkişaf prinsipləri, ətraf mühitin mühafizəsində innovativ yanaşmalar, eləcə də gənclərin ekoloji problemlərin həllində rolu müzakirə edilib.
Bununla yanaşı, sağlam həyat tərzinin təşviqi, balanslaşdırılmış qidalanmanın əhəmiyyəti, gündəlik seçimlərin insan sağlamlığına və ətraf mühitə təsiri diqqət mərkəzində olub.
Ekoloji məsuliyyətlə sağlam həyat tərzi arasındakı əlaqə vurğulanaraq iştirakçılarda şüurlu istehlak vərdişlərinin formalaşdırılmasının və gənclərin sosial-ekoloji innovasiyalara təşviq edilməsinin əhəmiyyəti qeyd olunub.
Sağlam cəmiyyətin formalaşdırılması və dayanıqlı gələcəyin təmin edilməsi istiqamətində gənclərin maarifləndirilməsinə, innovativ ideyalarının və təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş fəaliyyətlər davam etdiriləcək.




