Xəbərlər
25.11.2026-cı ildə ADA Universitetinin Təhsil Məktəbində “Edu Dialogues” proqramı çərçivəsində “PISA qiymətləndirməsi kontekstində oxu savadlılığına (dinləyib-anlama bacarığına) nail olunması problemi” mövzusunda seminar keçirilmişdir.
Seminarda ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Dillər fənn birləşməsinin sədri Aynur Rzaquliyeva, müəllimlər Yaqut Məmmədova və Gülnarə Əbdüləzimova iştirak etmişlər.
Seminar zamanı oxu savadlılığının inkişafı, dinləyib-anlama bacarıqlarının formalaşdırılması, çoxdilli təhsilin perspektivləri, eləcə də tədrisdə müasir yanaşmaların tətbiqi ilə bağlı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Belə elmi-metodik görüşlər pedaqoji təcrübənin zənginləşdirilməsi, müasir təhsil yanaşmalarının öyrənilməsi və müəllimlərin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.



