College
Entrants
Academics
Teaching Staff
Activities
Gallery
Alumni Directory E-Library Student portal

News

Tələbələrimiz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi sərgidə iştirak ediblər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi Ramazan Nuhbalayev tələbələrin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi sərgidə iştirakını təşkil edib.

Sərgi çərçivəsində tələbələrin ölkənin aparıcı qurumlarının – “Bakı Metropoliteni” QSC, Brain.az, ABB, Unibank, Azercell və digər şirkətlərin rəhbər heyəti və insan resursları (HR) üzrə mütəxəssisləri ilə birbaşa görüşləri təşkil olunub. Görüşlər zamanı gənclərə müasir əmək bazarının tələbləri, iş müsahibələrində davranış qaydaları və yumşaq bacarıqların (soft skills) inkişaf etdirilməsi barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində İRİA-da rəqəmsal təhsil və istedadların inkişafı üzrə baş layihə meneceri Zəhra Əmrahova tələbələrimiz üçün xüsusi təqdimatla çıxış edib. O, Agentliyin İsrailin Holon Texnologiya İnstitutu (HIT), “Azərkosmos” və İsrail Aerokosmik Sənayesi Korporasiyası (IAI) ilə birgə təsis etdiyi “Vistar” Mükəmməllik Mərkəzi haqqında tələbələrə geniş məlumat verib. Təqdimat zamanı ölkədəki İT və startap ekosistemi, süni intellekt və innovasiya yönümlü proqramların yaratdığı imkanlar vurğulanıb. Zəhra Əmrahova həmçinin qloballaşan dünyanın müasir çağırışları, əmək bazarındakı yeni trendlər, eləcə də ənənəvi işçi təfəkküründən sahibkarlıq təfəkkürünə keçidin əhəmiyyəti barədə tövsiyələr verərək gəncləri gələcək karyera və innovasiya yolunda istiqamətləndirib.