Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

“Dizayn və Tikiş” Tədris Emalatxanası “Gələcəyin Peşələri Sammiti”ndə təmsil olunub

18 noyabr 2026-cı il tarixində Gülüstan Sarayında Dövlət Məşğulluq Agentliyinin (DMA) təşkilatçılığı ilə “Gələcəyin Peşələri Sammiti” keçirilib.

“Gələcəyə tərəf” devizi altında təşkil olunan sammit dövlət qurumlarının, özəl sektorun və təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirərək əmək bazarının gələcək inkişaf istiqamətlərinin, yeni peşələrin və müasir əmək bacarıqlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

Sammitdə kollecin “Dizayn və Tikiş” Tədris Emalatxanası da iştirak üçün dəvət alaraq təmsil olunub. Tədbirdə emalatxananın müdiri Nərmin Kərimova, təlim ustaları Aidə Əliyeva və Mahilə Tağıyeva iştirak ediblər.

İştirakçılar sammit çərçivəsində gələcəyin peşələri, süni intellektin əmək bazarına təsiri, texnoloji yeniliklər, rəqəmsallaşma və müasir dövrdə peşə təhsilinin qarşısında duran yeni çağırışlarla bağlı maarifləndirici məlumatlar əldə ediblər. Eyni zamanda, tədbir çərçivəsində yerli və xarici spikerlərin çıxışları dinlənilib. Çıxışlarda gələcəyin peşələri, əmək bazarında baş verən dəyişikliklər, süni intellektin və rəqəmsal texnologiyaların müxtəlif sahələrə təsiri, innovasiyaların peşə fəaliyyətində rolu və təhsil sisteminin yeni çağırışlara uyğunlaşdırılması kimi aktual mövzulara toxunulub. Spikerlərin beynəlxalq təcrübəyə əsaslanan fikirləri və təqdimatları iştirakçılar üçün maraqlı və maarifləndirici olub.Müxtəlif sahələrin nümayəndələrinin çıxışları və fikir mübadilələri gələcək əmək bazarının tələblərini daha yaxından anlamaq baxımından əhəmiyyətli olub.

Sammitdə iştirak “Dizayn və Tikiş” Tədris Emalatxanasının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, innovativ yanaşmaların tədris prosesinə tətbiqi və tələbələrin gələcəyin peşələrinə hazırlanması istiqamətində yeni imkanlar və perspektivlər yaradıb.

Belə tədbirlərdə iştirak kollecin peşəyönümlü  təhsilinin inkişafına, təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinə və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

https://youtube.com/shorts/dDzRn1Oxtuw?feature=share