Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Sənaye və Texnologiya Kollecinin müəllimi Milli Məşğulluq Forumunda iştirak edib

Sənaye və Texnologiya Kollecinin müəllimi Milli Məşğulluq Forumunda iştirak edib

ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin “Humanitar fənlər” fənn birləşməsinin müəllimi Rəhimə Yaqubəli-Rəhimova ölkəmizdə ilk dəfə “Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizi altında keçirilən Milli Məşğulluq Forumunda kollecin nümayəndəsi qismində iştirak edib.

Gülüstan Sarayında təşkil olunan forum çərçivəsində müasir əmək bazarının aktual çağırışları, rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq perspektivləri müzakirə olunub.


Tədbir zamanı “Müasir əmək bazarı, rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” və “Süni intellekt və əmək bazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzularında yerli və xarici mütəxəssislərin, ekspertlərin və spikerlərin iştirakı ilə panel müzakirələri keçirilib.

Forum əmək bazarında baş verən dəyişikliklərin, innovasiyaların məşğulluğa təsirinin və süni intellektin gələcəyin peşələrinin formalaşmasında rolunun müzakirəsi, eləcə də təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.