Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Təbrik edirik!

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Humanitar fənlər” kafedrasının müəllimi Rəhimə Yaqubəlinin “Rəqəmsallaşdırmanın sənəd dövriyyəsinə təsiri və perspektivləri” adlı elmi məqaləsi “Elm və İnnovativ Texnologiyalar” Beynəlxalq Elmi Araşdırmalar Jurnalında nəşr olunub.

Məqalədə rəqəmsal sənəd menecmenti sistemlərinin müəssisə və təşkilatların idarəetmə fəaliyyətində rolu və əhəmiyyəti, sənəd dövriyyəsinin optimallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və təşkilati səmərəliliyin artırılması məsələləri araşdırılır. Həmçinin rəqəmsal sənəd dövriyyəsinin müasir idarəetmədə strateji əhəmiyyəti və gələcək perspektivləri vurğulanır.

Müəllimimizi bu elmi nailiyyəti münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

https://doi.org/10.30546/2616-4418.35.2026.712