Xəbərlər
ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin “Dizayn və Tikiş” tədris emalatxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin layihəsi olan PeşəFest 2026 tədbirində iştirak edib.
Emalatxana müdiri, dizayner Nərmin Kərimovanın rəhbərliyi ilə təlim ustaları Aidə Əliyeva, Mahilə Tağıyeva, tikiş üzrə fənn müəllimi Günay Əfqan qızı və tələbələrimiz tədbirdə iştirak edərək hazırladıqları müxtəlif əl işlərini sərgiləyiblər.
Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Milli Məclisin deputatları Zahid Oruc və Vüqar İskəndərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, eləcə də müxtəlif dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunan şəxslər “Dizayn və Tikiş” tədris emalatxanasının stendinə xüsusi maraq göstərərək sərgilənən əl işləri ilə yaxından tanış olub, onların hazırlanma prosesi, tələbələrin yaradıcılıq fəaliyyəti və emalatxananın gördüyü işlərlə maraqlanıblar. Təqdim olunan əl işləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib, kollecin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət təqdirlə qarşılanıb.
PeşəFest 2026-da iştirak kollektivimizin fəaliyyətinin, tələbələrimizin yaradıcılıq potensialının və peşə bacarıqlarının geniş ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətli olub. Bu cür tədbirlər gənclərin peşə təhsilinə marağının artırılması, onların praktiki bacarıqlarının inkişaf etdirilməsi və milli sənətkarlıq ənənələrinin yaşadılması baxımından mühüm rol oynayır.
https://youtube.com/shorts/GR1VMhPpwrE?feature=share
https://youtube.com/shorts/ayjHIqAu9Ts?feature=share
https://youtube.com/shorts/nAfwDiVnWh0


