ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində biologiya müəllimi Yaqut Mamedova tərəfindən KS106 və M106 qruplarında nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsinə yönəlmiş interaktiv dərslər təşkil olunub.
KS106 qrupunda “Epidemiologiya: virus, bakteriya və göbələklərin törətdiyi xəstəliklər” mövzusu tədris edildikdən sonra tələbələr laboratoriya şəraitində bakteriya hüceyrələrini mikroskop altında müşahidə etmək imkanı qazanıblar. Laboratoriya məşğələsinin yüksək səviyyədə təşkilində laboratoriya müdiri Günel Şükürova yaxından iştirak edib.
M106 qrupunda isə “Ali sinir fəaliyyətinin pozulması və onun qarşısının alınması” mövzusunda interaktiv dərs keçirilib. Dərs zamanı slayd təqdimatlarından, cütlərlə və qruplarla iş üsullarından istifadə olunaraq mövzu ətraflı təhlil edilib. Tələbələr müzakirələrdə fəal iştirak edərək nəzəri biliklərini möhkəmləndiriblər.
Hər iki dərs tələbələrin fəal iştirakı, qarşılıqlı fikir mübadiləsi və komanda işi ilə yadda qalıb. Bu cür interaktiv tədris metodları tələbələrin elmi biliklərinin dərinləşdirilməsinə, praktiki bacarıqlarının inkişafına və tədris prosesinə marağının artırılmasına mühüm töhfə verir.
https://youtube.com/shorts/Lb8ir1ILsrs







