ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum çərçivəsində keçirilən görüşdə kollecin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələrin peşə bilik və bacarıqlarının sosial yönümlü fəaliyyətlərə inteqrasiyası, uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, birgə ustad dərslərinin, praktiki məşğələlərin və maarifləndirici tədbirlərin təşkili istiqamətləri müzakirə olunub.
Əməkdaşlığın əsas mahiyyəti təhsillə sosial məsuliyyəti bir araya gətirmək, tələbələrin qazandıqları bilikləri real fəaliyyətə çevirmək və xüsusi diqqətə ehtiyacı olan uşaqların inkişafına töhfə verməkdir.
Bu memorandum yalnız iki qurum arasında əməkdaşlıq sənədi deyil, həm də gənclərin peşə bacarıqlarını humanist dəyərlərlə birləşdirən yeni birgə fəaliyyət platformasının başlanğıcıdır.








