Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin “Sənaye və texniki istismar” şöbəsində ümumi orta təhsil (9 illik) bazasından qəbul olunmuş tələbələrin valideynləri ilə görüş keçirilib.
Görüşdə şöbə müdiri Fatma Əzizbəyova, kollecin psixoloqu Gülnar Məstəlizadə, qrup rəhbərləri, tyutor və fənn müəllimləri iştirak ediblər.
Görüşün əsas məqsədi tələbələrin tədris prosesində iştirakı, dərsə davamiyyəti, təlim-tərbiyə vəziyyəti və təhsil nailiyyətlərinin müzakirəsi olub.
Görüş zamanı tələbələrin akademik göstəriciləri, nizam-intizamı və tədris prosesində qarşıya çıxan məsələlər ətrafında valideynlərlə fikir mübadiləsi aparılıb. Valideynlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Çıxış edən valideynlər kollec rəhbərliyinin təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, tələbələrə göstərilən diqqət və qayğıya görə razılıqlarını və təşəkkürlərini bildiriblər.
Görüşün sonunda tələbələrin təhsil nailiyyətlərinin artırılması və tədris prosesinə valideyn nəzarətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.







