Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi Yusubova Günay Əfqan qızı ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkil etdiyi “Müəllimlər üçün “Gemini” aləti ilə Süni İntellektin tətbiqi” vörkşopunda iştirak edərək iki sertifikat əldə etmişdir.
Müəllimimiz ASAN İnnovativ İnkişaf Mərkəzinin sertifikatı ilə yanaşı, “Generative AI for Educators with Gemini” beynəlxalq sertifikatına da layiq görülmüşdür. Bu nailiyyət onun süni intellekt texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə bilik və bacarıqlarının inkişafını təsdiqləyir.
Təlim zamanı əldə olunan biliklərin dərs prosesində tətbiqi tədrisin daha yaradıcı və interaktiv təşkilinə, müasir rəqəmsal alətlərdən səmərəli istifadəyə və tələbəyönümlü təlim mühitinin formalaşdırılmasına imkan yaradacaqdır.
Müəllimimizi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, əldə etdiyi bilik və təcrübənin kollecin tədris həyatına yeni yanaşmalar, faydalı yeniliklər və uğurlu nəticələr qazandırmasını arzulayırıq.


