Новости
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində həyata keçirilən "Rəqəmsal kollec" layihəsi çərçivəsində müəssisəmizin rəsmi stk.edu.az veb-saytı artıq üç dildə — Azərbaycan, ingilis və rus dillərində istifadəçilərin ixtiyarına verilib.
Saytın çoxdilli formatda fəaliyyət göstərməsi xarici təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulmasında, təcrübə mübadiləsinin aparılmasında və kollecin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayır.
