Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecinin müəllimləri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş II Beynəlxalq Elmi Konfransda iştirak ediblər

AMEA-nın Gəncə Bölməsində 30 oktyabr 2026 -cı il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünasliğinin aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.

Mötəbər elmi forum Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından alim və tədqiqatçılar qatılıblar. Konfransda ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin Humanitar FBK-nın sədri Kazımova Elnarə və kafedranın müəllimi Rəhimova Rəhimə iştirak ediblər.

Konfrans çərçivəsində Kazımova Elnarə “Nizami Gəncəvinin «Xəmsə»sində Şərq mədəniyyəti motivləri və onların Azərbaycan ədəbi xalçalarında təcəssümü” mövzusunda, Rəhimova Rəhimə isə “Nizami Gəncəvi irsinin tədqiqi və təbliği kontekstində lektoriyalar” mövzusunda məruzələrlə çıxış ediblər.