Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş birgə layihə çərçivəsində tədbir keçirilib

17 Noyabr  Milli Dirçəliş Günü münasibətilə Modern İnkişaf və Ailə İctimai Birliyi ilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Gənclərin İnkişafı Klubunun birgə layihəsi çərçivəsində, Klubunun kuratoru, müəllim İlahə Nuriyevanın təşkilatçılığı ilə gənclərin milli mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun və inklüziv cəmiyyət anlayışının təşviqinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə kollecin tələbələri, inklüziv gənclər, şəhid ailələrinin üzvləri, qazilər və bir sıra hörmətli qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində gənclərin yaradıcılıq potensialını nümayiş etdirən rəsm əsərləri sərgilənib, tələbələrin və inklüziv gənclərin hazırladıqları bədii çıxışlar təqdim olunub. Tanınmış müğənnilərin ifasında səslənən musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Proqram boyunca Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti, xalqımızın milli oyanış yolu, dövlətçilik ənənələri, müstəqillik uğrunda mübarizəsi və Vətənə bağlılıq mövzularına toxunulub.

Xüsusilə qazilərin və şəhid analarının çıxışları iştirakçılar tərəfindən böyük diqqət və ehtiramla dinlənilib. Onların bölüşdükləri fikirlər gənc nəslə Vətən sevgisinin, milli birliyin, qəhrəmanlıq və fədakarlıq nümunələrinin əhəmiyyətini bir daha xatırladıb.

Tədbirin əsas məqsədi müxtəlif sosial qruplardan olan gəncləri vahid platformada birləşdirmək, inklüziv mühitin inkişafına töhfə vermək, onların yaradıcılıq və ictimai fəallığını dəstəkləmək, eyni zamanda milli mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaq olub.

Bu görüş bir daha nümayiş etdirib ki, milli birlik, qarşılıqlı hörmət, sosial həmrəylik və Vətən sevgisi cəmiyyətimizin əsas dəyərlərindəndir.

Milli Dirçəliş yalnız tariximizin bir səhifəsi deyil, həm də milli ruhumuzun, birliyimizin və gələcəyə inamımızın ifadəsidir.