Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecinin nümayəndələri sərgidə iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin nümayəndə heyəti Bakı Ekspo Mərkəzində “Paşa Events” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə iştirak edib.

Sərgidə kollecin şöbə müdirləri Şəhla Əhmədova, Pərvin Məmmədova, Aynur Ağayeva və Fatma Əzizbəyova, həmçinin Karyera Mərkəzinin müdiri Kəklik İsgəndərova, İstehsalat təcrübə rəhbəri Sevinc Qəmbərova, müəllimlər və tələbələr iştirak ediblər.

Sərgi çərçivəsində iştirakçılar müxtəlif şirkət və təşkilatların fəaliyyəti ilə yaxından tanış olub, müasir yeniliklər və mövcud iş imkanları haqqında məlumat əldə ediblər.

Bu cür tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi, dünyagörüşlərinin genişləndirilməsi və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.